İlhamə Quliyevanın köməkçisinin cinayət işi üzrə istintaq başa çatdı

İlhamə Quliyevanın köməkçisinin cinayət işi üzrə istintaq başa çatdı

Xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın barəsində cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.



Sfera.az bildirir ki, bu barədə APA-ya məlumat verən vəkil Vasif Mirzəyev deyib ki, bu gün ona və M.Hüseynovaya müstəntiq tərəfindən istintaqın yekunlaşması elan edilib. Vəkil M.Hüseynovanın ittihamları qəbul etmədiyini, günahsız olduğunu və növbəti həftədən cinayət işinin materialları tanış olmağa başlayacaqlarını deyib.

Qeyd edək ki, M.Hüseynova Cinayət Məcəlləsinin 29.180-ci (soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ. Quliyevanın şikayəti əsasında saxlanılıb.

İ.Quliyeva fevralın 25-də dünyasını dəyişib.



OXŞAR XƏBƏRLƏR