İlham Əliyevdən “İskəndər” raketi ilə bağlı müzakirələrə REAKSİYA

İlham Əliyevdən “İskəndər” raketi ilə bağlı müzakirələrə  REAKSİYA
"Biz "İskəndər E” raket kompleksinin hərəkətini görməmişdik”.

Sfera.az xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib. 

O qeyd edib ki, Ermənistan Baş nazirinin "İskəndər E” raket kompleksi ilə bağlı bəyanatı müəyyən suallar doğurub: "Mən ironiyalı mesajlar vermək istəmirəm. Rusiya rəsmiləri və parlament üzvləri tərəfindən müəyyən mülahizələr olub ki, raket 10 faiz öz gücü ilə partlaya bilməz, buna çox cəhd etməlisən. Biz "İskəndər E” raket kompleksinin hərəkətini görməmişdik. Dünən bu bəyanat səslənəndə bir daha maraqlandıq ki, baxaq doğrudan bu baş veribmi, gördük ki, yox olmayıb. Bu, sadəcə olaraq onlar tərəfindən növbəti yalandır”.

Demişdilər ki, "İskəndər" raketi atılıb və 10 faiz gücü ilə partlayıb. Hara atılıb raket, necə partlayıb? Bu, bir anekdotdur”.

OXŞAR XƏBƏRLƏR