İlham Əliyev Zelenskini Azərbaycana səfərə dəvət etdi

İlham Əliyev  Zelenskini Azərbaycana səfərə dəvət etdi
Prezident İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskini Azərbaycana səfərə dəvət edib.

Sfera.az xəbər verir ki, dövlət başçısı dəvətini yanvarın 14-də Kiyevdə V.Zelenski ilə mətbuata birgə bəyanatlarla çıxış edərkən çatdırıb.

"Fürsətdən istifadə edərək sizi Bakıya səfərə dəvət edirəm”, - Azərbaycan lideri bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyevin Ukraynaya işgüzar səfəri çərçivəsində bu gün ikitərəfli 6 sənəd imzalanıb.

OXŞAR XƏBƏRLƏR