İlham Əliyev: “Vəziyyət nəzarət altındadır”

İlham Əliyev: “Vəziyyət nəzarət altındadır”
 "Baxmayaraq, əlbəttə ki, bu pandemiya bizim ənənəvi həyat tərzimizə ciddi şəkildə müdaxilə edir, bununla belə, biz özümüzü reallığa uyğunlaşdırmalıyıq”.

Sfera.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Microsoft” şirkətinin vitse-prezidenti Filip Roq, Mərkəzi və Şərqi Avropa bölgəsinin korporativ əlaqələr və hüquqi məsələlər üzrə rəhbəri Nanna-Luize Linde və "Microsoft” şirkətinin digər nümayəndələri arasında keçirilən videokonfrans zamanı deyib.

"Bizim pandemiyanın öhdəsindən gəlməklə bağlı səylərimiz barədə sözlərinizə görə sizə təşəkkür edirəm. Həqiqətən də, Azərbaycan bu mühüm məsələnin həllində Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən nümunə adlandırılıb. Vəziyyət nəzarət altındadır.

Eyni zamanda biz nəinki təkcə daxili məsələlərə diqqət yetiririk, həmçinin qlobal miqyasda da fəaliyyət göstəririk. Azərbaycan artıq 29 ölkəyə humanitar yardım göstərib və bu proses davam edir. Biz özümüzü beynəlxalq ictimaiyyətin etibarlı üzvü kimi nümayiş etdiririk”, - Prezident əlavə edib.

OXŞAR XƏBƏRLƏR

Ordudakı kadr dəyişikliyini zəruri edən nədir?

 "Hadisələrin gedişatını müşahidə edən biri kimi deyə bilərəm ki, Müdafiə Nazirliyində aparılan ciddi struktur və kadr islahatları ordunun daha da güclənmə...

"Huner Group"dan möhtəşəm fürsət

Huner Group Ağ Şəhərdə yeni layihəsi olan "Hünər Park” yaşayış kompleksində alıcılar üçün möhtəşəm fürsət təqdim edir.  8 mərtəbədən, 9 blokdan ibarə...

Deputatdan həmsədrlərə sərt ittihamlar

 "Beynəlxalq təşkilatlar, xüsusən də ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın 28 ildir Azərbaycan torpaqlarını işğal altında saxlamasına görə məsuli...

Ədalət Vəliyev: "İqtidarla müxalifət arasında indiyədək müşahidə edilməyən yaxınlaşma var"

"Azərbaycanda həyata keçirilən islahatların prioritet istiqamətlərindən biri olan korrupsiyaya qarşı mübarizə pandemiya şəraitində də səngiməyib”. "Report” x...

"Ordumuzun təchizatı da güclüdür, milli ruhu da yüksəkdir"

 "Ordumuz çox güclüdür. Ordumuzun təchizatı da güclüdür, milli ruhu da yüksəkdir" Bunu sonxeber.az-a Dağlıq Qarabağ münaqişəsinin mümkün həlli yollar...

Ekspert: “Ordumuzun gecə vaxtı döyüş atışlı təlimi yüksək dəqiqliklə keçirilib”

 "Gecə vaxtı döyüş atışlı kimi mürəkkəb təlimlərin keçirilməsi və heç bir xoşagəlməz hadisənin olmaması Azərbaycan Ordusunun peşəkarlığını göstərir. Buna g...