İlham Əliyev Moldovaya dəvət olundu

İlham Əliyev Moldovaya dəvət olundu
 

Azərbaycan prezidenti İlham Əliyev 2019-cu ilin dördüncü kvartalı ərzində Moldovaya rəsmi səfər edə bilər.

Virtualaz.org xəbər verir ki, belə dəvəti Moldova prezidenti İqor Dodon Azərbaycanın Kişnyovdakı səfiri Qüdsi Osmanova çatdırıb.

Dodon səfirlə görüşü haqda özünün Facebook səhifəsində məlumat və video paylaşıb.  Bildirib ki, görüş zamanı ikitərəfli münasibətlərə dair məsələlər, o cümlədən ticarət-iqtisadi əlaqələr müzakirə olunub.

"Məmuniyyətlə qeyd etdik ki, Moldovada Azərbaycan kapitalı ilə 130-a yaxın müəssisə var, amma ikitərəfli münasibətlərin potensialından yetərli istifadə olunmadığını da göstərdik”,-Dodon bildirib.

Dövlət başçısı qeyd edib ki, iki ölkə arasında sosial-humanitar sahədə əməkdaşlıq ayrıca nəzərdən keçirilib. "Bu kontekstdə Azərbaycan tərəfinə Moldova Respublikasına və hər şeydən əvvəl Qaqauz muxtariyyətinə göstərdiyi köməyə görə ayrıca minnətdarlıq etdim”,-Dodon vurğulayıb.

Moldova prezidenti xatırladıb ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Çadır-Lunqada uşaq yaradıcılıq Mərkəzinin tikintisi yekunlaşmaq üzrədir. "Layihənin reallaşması mənimlə Azərbaycan prezidenti İlham Əliyev arasında 2017-ci ildə əldə edilmiş şəxsi anlaşma sayəsində mümkün olub. Yekunda cənab Osmanov vasitəsilə İlham Əliyevə 2019-cu ilin IV kvartalında Moldovaya rəsmi səfər etmək üçün dəvət göndərdim”,-İqor Dodon əlavə edib.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...