İlham Əliyev: “Karantin rejimi uzadılacaq”
16:45 / 17.04.2020
3217
Aprelin 17-də Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında iclas keçirib.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Prezident çıxışı zamanı karantin rejiminin uzadılacağını bildirib.