İlham Əliyev icra başçısını nazir müavini təyin etdi

İlham Əliyev icra başçısını nazir müavini təyin etdi
İyulun 10-da Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə işdən çıxarılan Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev daha yüksək posta təyinat alıb.

Sfera.az-ın məlumatına görə, Mübariz Ağayev prezidentin digər sərəncamı ilə Kənd Təsərrüfatı nazirinin müavini təyin edilib.

Yada salaq ki, prezident İlham Əliyevin sərəncamı ilə Mehdi Səlimzadə Göyçay rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. M. Səlimzadə bunadək Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri olub.

OXŞAR XƏBƏRLƏR