İki nəfər şaxtalı havanın “qurbanı” oldu - Gəncədə

İki nəfər şaxtalı havanın “qurbanı” oldu - Gəncədə

Azərbaycanda bayram günlərində müşahidə edilən qarlı, şaxtalı hava Gəncədə iki nəfərin xəstəxanalıq olmasına səbəb olub.

Sfera.az xəbər verir ki, Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından anspress-ə verilən məlumata görə, şəhərin 4-cü mikrorayon ərazisində yaşayan 1987-ci il təvəllüdlü Elmir Tofiq oğlu Musayev sol bud sümüyününü çıxığı diaqnozu ilə xəstəxanaya gətirilib. İlkin tibbi yardım göstərilən Elmir Musayevin vəziyyəti normaldır. Onun buzlu yolda yıxıldığı bildirilir.

Havaların soyuq keçməsinin və yolların buzlu olmasının digər bir "qurbanı" 40 yaşlı qadın olub. Xəstəxanadan bildiriblər ki, Gəncənin Təbriz küçəsi 5-ci döngədə yaşayan 1975-ci il təvəllüdlü Afət Abdulla qızı Tağıyeva buzlu yolda yıxılıb. Sağ baldırı sınan qadına xəstəxanada lazımı tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Qeyd edək ki, dekabrın 30-da günün ikinci yarısında şimal və qərb rayonlarından başlayaraq hava şəraiti kəskin dəyişib. Paytaxt Bakı və Abşeron yarımadası da daxil olmaqla ölkənin böyük hissəsində intensiz qar yağıb, yollar buz bağlayıb. Temperatur 5-10 dərəcə aşağı enib. 

Bəzi yerlərdə qarın hündürlüyü 80 sm-ə çatıb.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda qadınların neçə faizi siqaret çəkir? - STATİSTİKA

2023-cü ilə aid olan məlumata əsasən, Azərbaycanda yaşı 15-dən yuxarı olan qadınların 0,2 faizi siqaret çəkir.  Sfera.az Dövlət Statistika Komitəsinə ...

İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü KEÇİRİLİR

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkənin xarici işlər naziri Annalena Berbok ilə görüşü keçirilir.   Sfera.az&...

Əhmədin anasının yerinə O TƏYİN EDİLDİ - FOTO + DOSYE

Fevralın 13-də qətlə yetirilən Bakı şəhəri 59 nömrəli tam orta məktəbin direktoru Pikə Əhmədovanın yerinə yeni təyinat olub.   Sfera.az xəbər verir k...

Prezident İlham Əliyev Berlində böyük coşqu ilə QARŞILANDI 

Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın paytaxtı Berlinə işgüzar səfəri zamanı böyük coşqu ilə qarşılanıb.   Sfera.az xəbər verir ki, Preziden...

"Real Madrid"in OYUNÇUSU: "Nəticə gözləyirəm"

"Real Madrid"in və Almaniya millisinin mərkəz müdafiəçisi Antonio Rudiger qarşıdan gələn 2024-cü il Avropa Çempionatı ilə bağlı gözləntilərini bölüşüb...

Bayram Nurlunun anası VƏFAT ETDİ - FOTO

Sosial şəbəkə fenomeni Bayram Nurlunun anası uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi.   Sfera.az xəbər verir ki, məhrum Gülxanım xanım bu gün ...