İİV-ə yoluxanlar virus yoluxdurmadan övlad sahibi ola biləcəklər

İİV-ə yoluxanlar virus yoluxdurmadan övlad sahibi ola biləcəklər

Yeni Zellandiyada dünyada ilk İİV-müsbət sperma bankı açılıb.

 "Sperm Positive” adlı layihə, İİV ilə yaşayan, lakin virus yükü təyin olunmayan kişi donorları bir araya gətirib. Layihəyə əsasən, kişilər antiretrovirus müalicə alırlar, nəticədə qanlarında İİV o qədər aşağı səviyyəyə çatır ki, onu qan testləri ilə aşkar etmək olmur.

Med.vesti.ru-nun xəbərinə görə, insanlar hələ də İİV-ə yoluxmuş olsalar da, virusu cinsi partnyorlarına və ya konsepsiya zamanı uşaqlarına ötürə bilmirlər.

 

Layihənin saytında Okland Universitetinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi doktor Mark Tomas: "İİV-müsbət sperma bankı tamamilə təhlükəsizdir. Müalicə olunan və təyin olunmayan virus yükü daşıyan bir İİV xəstəsi, qanda və spermada virusa sahib deyil və infeksiyanı başqalarına ötürə bilməz”-deyib.

Bankın veb saytı donorlar və potensial sperma alıcıları ilə görüşmək üçün bir platforma kimi işləyəcək.

Eyni zamanda, saytda donorların İİV-ə yoluxsalar da, davam edən müalicə səbəbi ilə təyin olunmayan virus yükü daşımayacaqları dəfələrlə təkrarlanacaq.

Bu təşəbbüs "Positive Women Inc и Body Positive” Fondu tərəfindən, Ümumdünya QİÇS-lə Mübarizə Günü ərəfəsində (1 dekabr) İİV-ə yoluxmuş insanları əhatə edən damğaların çoxunu qırmaq ümidi ilə başlanıb. Fondun vəzifələrindən biri İİV-ə yoluxan insanlara infeksiyası olmayan insanlar kimi eyni imkanlar və həyat keyfiyyəti təmin etməkdir. (milli.az)


OXŞAR XƏBƏRLƏR