\"II Dünya müharibəsindən sonra nadir hallardan birinin Azərbaycan tarixində yaşandığını görürük\"

\
Azərbaycan Respublikası Prezidentinin ərazi bütövlüyü ilə bağlı qətiyyətli mövqeyi və xalqının sarsılmaz iradəsi nəticəsində bu gün işğal altında olan torpaqlarımız 44 gün ərzində düşmən tapdağından azad olunub. Azərbaycan xalqı birliyi və ölkə başçının ətrafında sıx birləşməsi, ordumuz isə bu birlik və bərabərlikdən, həmçinin inamdan aldığı qüvvə ilə 44 gün ərzində əsl vətənpərvərlik nümunəsi sərgilədi. "Vətən torpağından pay olmaz” ifadəsini bir daha sübut edən ordumuz işğalçı düşmənə sarsıdıcı zərbələr endirərək hər gün xoş xəbərlə xalqımızı biraz daha qürurlandırmışdır.
 
44 günlük münaqişə artıq Azərbaycan, Rusiya və Ermənistanın 3 tərəfli Bəyanatı əsasında Azərbaycanın mütləq qələbəsi ilə yekunlaşmışdır. Erməni silahlı qüvvələri Bəyanata əsasən müəyyən edilən tarixlərə əsasında Azərbaycan Respublikasına məxsus işğal etdiyi ərazilərindən çıxarılmaqdadır. Hansı ki, bu şərt münaqişənin həlli yolunda illərdir davam edən danışıqlarda bir neçə dəfə Ermənistan rəhbərliyinə ölkəmiz tərəfindən təklif edilmişdir. Görünür bu yolun qəbulu üçün hərbi-siyasi yolun tətbiqi zəruri idi. 

Bəyanatın imzalanmasından müəyyən qədər vaxt keçməkdədir. Artıq sazişdə qeyd edilən şərtlərin və icra olunmalı proseslərin birinci mərhələsi baş tutdu. Azərbaycanın işğal altında olan Ağdam rayonundan erməni silahlı qüvvələri tamamilə çıxarıldı. 30 illik münaqişənin 44 gün ərzində qələbə ilə yekunlaşması kimi, Ağdam rayonunun da danışıqlarla heç bir itki verilmədən azad olunması sözsüz ki, tarixi anlardan növbətisidir. Ağdam XX əsrin 90-cı illərinin əvvəlində baş tutan Qarabağ müharibəsinin ən çox şəhid verən rayonlarından biri olmuşdur. Lakin 20 noyabr 2020-ci il tarixində qətiyyətli formada yeridilən siyasətin nəticəsi oalraq heç bir hərbi əməliyyat keçirilmədən azad edildi. İmzalanan 3 tərəfli bəyanata əsasən artıq Azərbaycanın ərazilərinin azad olunmasının ilk addımları atıldı.

II Dünya müharibəsindən sonra, XX əsrin son yarısı XXI əsrin əvvəlinə nəzər salan zaman nadir hallardan birinin Azərbaycan tarixində yaşandığını görürük. Qeyd edilən dövrə nəzər yetirən zaman dünyada baş tutan fərqli münaqişələrin gedişatı və yekunlaşmasında çox nadir görülən bir hal vardır. İşğalçı tərəf heç bir güllə atmadan işğal etdiyi torpaqları tamamilə geri qaytarır. Bu hər tərəfli sevindirici haldır. Çünki həm torpaqlarımız işğaldan azad olunur, həm də bu proses şəhid və itkilər olmadan həyata keçirilir. Ümumiyyətlə Azərbaycanın üçün çox əhəmiyyətli olan bölgələrdən biri olan Ağdamın ölkə rəhbərliyinin qətiyyəti və dönməzliyi ilə bu formada azad olunması həqiqətən də qürurvericidir.

Təəssüfləndirici bir hal vardır ki, erməni silahlı qüvvələri 30 il ərzində işğalçılıq siyasi yeritdikləri ərazilərdə infrastruktur və resursları talan etməklə məşğul olduğu üçün hal-hazırda işğaldan azad olunan bölgələrimizdə ciddi işlərin görülməsinə zərurət var. Amma artıq dəqiqliklə deyə biləcəyimiz bir məqam var ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də çıxışlarında bir neçə dəfə qeyd etdiyi kimi, işğaldan azad olunan bütün bölgələr yenidən dirçələk, həyat və infrastuktur yenidən qurulacaqdır".
 
Şahin Seyidzadə
Milli Məclisin deputatı,
Elm və təhsil komitəsinin üzvü




OXŞAR XƏBƏRLƏR

"Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda əməkdaşlıq edir" - Deputat

Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir. &nbs...

Baş nazir yeni qərar İMZALADI

Nazirlər Kabineti “Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qra...

“ByteDance” şirkəti QƏRARINI VERDİ: ""TikTok"u satmırıq!"

Çinin “ByteDance” şirkəti “TikTok” video paylaşma platformasını satmayacağına dair açıqlama verib.   Sfera.az xatırladır ki, ...

"Hücumlar artacaq, hətta növbəti aylarda..." - Ukrayna-Rusiya gərginliyi PİK HƏDDƏ

  “Baydenin göstərişi ilə Ukraynaya uzaqmənzilli “ATACMS” raketlər göndərilib. Lakin bu, Kiyevin tələbi ilə olmayıb”.  ...

Fransa və Almaniya ortaq tank layihəsi ilə bağlı anlaşma memorandumu İMZALADI

Fransa və Almaniya 2040-cı ilə qədər döyüş tankının birgə istehsalı layihəsinin növbəti mərhələsinə keçmək barədə razılığa gəliblər.   Sfera.az "...

Bakıda körpə eyvanda anasının qucağından düşərək ÖLDÜ- YENİLƏNDİ

Prokurorluq Bakıda körpənin mənzilin eyvanından düşərək ölməsi faktı ilə bağlı araşdırma aparır.   Sfera.az xəbər verir ki, aprelin 26-da saat 8 radə...