İdxal edilən avtomobillərin sayı kəskin artıb – “İkinci əl” və ucuz...

İdxal edilən avtomobillərin sayı kəskin artıb – “İkinci əl” və ucuz...
2021-ci ildə ölkəmizə avtomobil idxalında artım davam edir.

Sfera.az gömrük məlumatlarına istinadən xəbər verir ki, ilk 5 ay ərzində xaricdən 31 220 ədəd avtomobil idxal olunub. Bu il idxal edilən avtomobillərin sayı 11 422 ədəd və ya 62 faiz artıb. 

İdxal edilən avtomobillərin 28 840 ədədi minik (o cümlədən 3 719 ədədi hibrid, 29 ədədi elektrik), 2 286 ədədi yük, 51 ədədi avtobus, 43 ədədi xüsusi təyinatlı olub. 

Bu il minik avtomobillərinin idxal sayı 10 415 ədəd, o cümlədən hibrid avtomobillərin idxal sayı 1 948 ədəd artıb. Elektrikli avtomobillərin sayı sabit qalıb. 

Avtomobillərin idxal sayı ilə bərabər idxala çəkilən xərc də artır. Bu il avtomobillərin idxalına ümumilikdə 318 milyon dollar xərclənib. Ötən il avtomobil idxalına 241 milyon dollar ayrılmışdı.

Müqayisə göstərir ki, bu il idxal edilən avtomobillərin orta statistik dəyəri azalıb. Belə ki, ötən ilin yanvar-may aylarında idxal edilən avtomobillərin bir ədədinin qiyməti orta hesabla 12 264 dollar olduğu halda, bu il orta qiymət 10 190 dollara enib. 

Qiymət enməsinə hibrid avtomobilləri nəzərə alınmadan idxal edilən minik avtomobillərinin dəyərinin aşağı düşməsidir. Statistika göstərir ki, əhali daha çox "ikinci əl” və ucuz avtomobillərin idxalına üstünlük verir. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR