İdmançımız ermənini 10 saniyəyə məğlub etdi - VİDEO

İdmançımız ermənini 10 saniyəyə məğlub etdi  - VİDEO

Azərbaycan idmançısı erməni rəqiblə görüşdə növbəti dəfə qələbə qazanıb. Özü də cəmi 10 saniyə ərzində.

Sfera.az TTV-yə (Region TV) istinadən xəbər verir ki, bu uğura Tovuz taekvondo komandasının gənc idmançısı imza atıb.

Komandamız Gürcüstanda keçirilən beynəlxalq turnirdə 10 medal qazanıb. Tovuz taekvondo komandası Gürcüstanda keçirilən "Rustavi Open" beynəlxalq  turnirində qüvvəsini sınayıb.

Komanda birincilikdə 15 idmançı ilə mübarizə aparıb və  yarışı 10 medalla başa vurub.

Bunlardan 4-ü qızıl, 2-si gümüş, 4-ü isə bürünc olub. Bu uğurlu nəticənin ən möhtəşəm qələbəsinə isə gənc idmançı Kənan Əmiraslanov imza atıb. O, erməni rəqibini cəmi 10 saniyədə təslim edərək qızıl medala sahib olub.

Tovuz taekvondo komandasının  iştirak edəcəyi növbəti yarış Quba şəhər birinciliyi olacaq. Kollektiv bu turnirin hazırlıqlarını başa vurub. Birincilik Azərbaycan çempionatına hazırlıq baxımından əhəmiyyətlidir. Çünki yeniyetmə və gənclər  arasında baş tutacaq yarışda Tovuz taekvondo komandası 15 idmançı ilə qüvvəsini sınayacaq.

Tovuz taekvondo klubunun üç bölməsi var ki, bunlardan da ikisi rayonun kəndlərində fəaliyyət göstərir. Ümumilikdə klubun üzvü olan idmançıların sayı 150-dən çoxdur. Onlar indiyədək Avropa miqyaslı yarışlarda bir sıra uğurlar qazanıb.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...