“Sabah” iki rekordunu təkrarladı
“Sabah” Misli Premyer Liqasında ardıcıl 7-ci qələbəsini qazanıb. Sfera.az xəbər verir ki, bu, 18-ci turun “Zirə” ilə görüşündə gerçəkləşib. Bunadək “İmişli” (3:0), “Neftçi” (2:0), “Turan Tovuz” (3:1), “Qarabağ” (2:1), “Sumqayıt” (3:1) və “Karvan-Yevlax” (4:1) üzərində qələbə qazanan paytaxt təmsilçisi bu dəfə 3:1 hesabına sevinib. Bu, klub tarixinin rekordunun təkrarıdır. “Sabah” Premyer Liqada ən uzun qələbə seriyasına 2022-ci ildə imza atmışdı. Həmin vaxt da komanda ardıcıl 7 dəfə qalib