“Qarabağ”ın zərəri 3 dəfədən çox artıb
"Qarabağ Futbol Klubu” MMC 2020-ci ili 3,775 milyon manat zərərlə başa vurub. Sfera.az klubun maliyyə hesabatına istinadən xəbər verir ki, zərər 2019-cu ilə nisbətən 3,5 dəfə çoxdur. Ötən il "Qarabağ Futbol Klubu” əvvəlki illə müqayisədə 40,7 % az – 12,585 milyon manat gəlir əldə edib. Bunun 11,9 milyon manatı nümayiş hüququndan daxilolmalardan ( 3,1 % az), 637 min manatı isə sair gəlirlərdən ( 71,7 % çox) əldə olunub. Ötən il ərzində klubun xərcləri 27,9 % azalaraq