“Böyük Dəbilqə”də çıxış edəcək cüdoçularımız açıqlandı
Mayın 10-da Qazaxıstanın paytaxtı Astana şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turniri start götürəcək. Sfera.az xəbər verir ki, 3 gün davam edəcək yarışda Azərbaycan millisi geniş heyətlə təmsil olunacaq. Məşqçilər korpusu “Böyük Dəbilqə”də 17 cüdoçuya şans verəcək. Kişilərin mübarizəsində Əhməd Yusifov, Nazir Talıbov (hər ikisi 60 kq), Kamran Süleymanov, Ruslan Paşayev (hər ikisi 66 kq), Rəşid Məmmədəliyev, Vüsal Qələndərzadə (hər ikisi 73 kq), Ömər Rəcəbli, Məhərrəm İmamverdiyev (hər ikisi 81