“Zirə” "Kəpəz"dən ayrılan daha bir futbolçu ilə anlaşdı
“Zirə” "Kəpəz"dən ayrılan daha bir futbolçu ilə anlaşıb. Sfera.az xəbər verir ki, klubdan verilən məlumata görə, paytaxt təmsilçisi Georgi Papunaşvilini heyətinə qatıb. Gürcüstanlı yarımmüdafiəçiylə "1+1" illik müqavilə bağlanıb. 28 yaşlı futbolçu həmçinin karyerası ərzində ölkəsinin “Dinamo”(Tbilisi), “Telavi”, «Samtredia”, “Torpedo” (Kutaisi) Almaniyanın “Verder”, İspaniyanın “Saraqosa”, “Rasinq”, Kiprin “Apollon”, Serbiyanın “Radniçki” klublarında çıxış edib. Papunaşvilinin son klubu “Kəpəz”