Logo

"Borrusiya"nın futbolçusu dubl edib rekord yenilədi

"Borrusiya"nın futbolçusu dubl edib rekord yenilədi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Çempionlar Liqasının 1/8 final mərhələsində keçirilən "Borussiya" – PSJ (2:1) matçı Almaniya klubunun futbolçusu Erlinq Haland üçün əlamətdar olub.

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, 20 yaşlı hücumçu komandasının hər iki qoluna imza atıb. Turnirin debüt matçında 10 qol (və daha artıq) vurmağa nail olan norveçli forvard rekordçular sırasında yer alıb. O, ilk 5-likdə qərarlaşıb.

Halanda qədər daha öncə Jüst Fonten ("Reyms" - 1958-59), Klaudio Sulseru ("Qrasshoppers" - 1978-79), Sadio Mane ("Liverpul" - 2017-18) və Roberto Firmino ("Liverpul" - 2017-18) bu rekordu yeniləyiblər.

Qeyd edək ki, Erlinq Haland bu il turnirdə 10 qolla bombardirlik siyahısında "Bavariya"nın (Almaniya) hücumçusu Robert Levandovski ilə birgə liderdir.(yeni sabah)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR