Logo

Koronovirusla zarafat edən məşhuru cəza gözləyir – Video

Koronovirusla zarafat edən məşhuru cəza gözləyir – Video
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İngiltərə Futbol Federasiyası "Tottenhem"in futbolçusu Delli Allini cəzalandıra bilər.

Sfera.az "Mirror” nəşrinə istinadən xəbər verir ki, buna səbəb ingilis yarımmüdafiəçinin koronavirusla bağlı zarafatla paylaşdığı video olub.

Görüntüdə Alli üzünə maska taxaraq asiyalı insanlarla zarafat edib. Paylaşım insanların qəzəbinə tuş gəlib. Qurum onunla əlaqə saxladıqdan sonra 23 yaşlı məşhur futbolçu videonu "Snapchat” hesabından silməli olub. O, açıqlama yayaraq məqsədinin pis olmadığını və hər kəsdən üzr istədiyini bildirib.

Hadisə ilə bağlı araşdırma başladılıb.

Qeyd edək ki, koronovirus ötən ayın sonu Çində yayılıb və 1017 nəfər epidemiyanın qurbanı olub. Ölkədə bütün növ idman yarışları dayandırılıb. (yeni sabah)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR