Logo

Makqreqor döyüşə spirtli içki içib çıxıbmış

Makqreqor döyüşə spirtli içki içib çıxıbmış
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəki üzrə keçmiş çempionu Konor Makqreqor rusiyalı Həbib Nurməhəmmədovla döyüşdən öncə spirtli içki qəbul etdiyini etiraf edib.

Sfera.az xəbər verir ki, irlandiyalı döyüşçü görüşdən 1 həftə əvvəl spirtli içki içdiyini açıqlayıb:

"Səhv etdim. Döyüşdən 1 həftə əvvəl içki qəbul etdim. Amma mən bunu etiraf edəcək və səhvimi düzəldəcək qədər cəsuram".

Qeyd edək ki, Makqreqor çıxdığı 25 döyüşdən 21-də qalib gəlib. O, 2018-ci ilin oktyabrında rusiyalı Həbib Nurməhəmmədovla qarşılaşıb və uduzub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR