Luis Suares əməliyyat olunacaq
Kateqoriya məlum deyil
"Barselona"nın uruqvaylı hücumçusu Luis Suares sağ dizindən əməliyyat ediləcək.
Sfera.az xəbər verir ki, klub əməliyyatdan sonra 32 yaşlı hücumçunun vəziyyəti ilə bağlı açıqlama verəcəyini bildirib. İspaniya mətbuatı Suares fevralın 25-i Çempionlar Liqasında "Napoli" ilə oyunlara yetişəcəyini yazıb.
Təcrübəli hücumçu bu mövsüm 23 oyuna 14 qol vurub.






