Logo

"Milan"ın hücumçusu Premyer Liqa klublarının hədəfində

"Milan"ın hücumçusu Premyer Liqa klublarının hədəfində
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Milan" Zlatan İbrahimoviçin transferindən sonra hücumçusu Kriştof Pyonteki satmağı düşünür.

Sfera.az  xəbər verir ki, İngiltərənin "Aston Villa", "Nyukasl" və "Tottenhem" klubları polşalı forvardla maraqlanır.

"Tottenhem"in baş məşqçisi Joze Mourinyo Harri Keynin 2 aylıq sıradan çıxmasından sonra yeni hücumçunun alınmasını rəhbərlikdən tələb edib. Portuqaliyalı mütəxəssis Pyonteklə irəli xəttdəki boşluğun aradan qalxacağına ümid edir.

"Milan" 24 yaşlı forvarddan istədiyi performansı almadığı üçün satmağı planlaşdır. "Qırmızı-qaralar" ötən il "Cenoa"dan 38 milyon avroya transfer etdiyi oyunçunu sərfəli təklifə buraxmağa hazırdır.

Pyontek bu mövsüm Seriya A-da 18 oyuna 4 qol vurub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR