Logo

Arda Turanla yollar rəsmən ayrıldı

Arda Turanla yollar rəsmən ayrıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyənin "Başakşehir" klubu futbolçusu Arda Turanla yollarını ayırıb.

Sfera.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, 33 yaşlı yarımmüdafiəçi ilə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv olunub. Bildirib ki, futbolçu karyerasında yeni sahifə açmaq üçün klub prezidenti Göksel Gümüşdağdan icazə istəyib və müsbət cavab alıb.

Qeyd edək ki, müqavilə ilə "Barselona”ya məxsus olan Arda "Başakşəhər”də icarə əsasında oynayırdı. Onun Super Liqa təmsilçisi ilə mövsümün sonunadək icarə müqaviləsi vardı. Türkiyə millisinin sabiq üzvünün İspaniya nəhəngi ilə anlaşması da mövsümün sonunda bitəcək. Həmçinin Ardanın yetirməsi olduğu "Qalatasaray”a keçəcəyi deyilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR