Logo

Keçmiş “Qalatasaray”lı Türkiyədə klubunu dəyişdi

Keçmiş “Qalatasaray”lı Türkiyədə klubunu dəyişdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyənin "Trabzonspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sfera.az xəbər verir ki, Super Liqa təmsilçisi İngiltərənin "Stok Siti” klubunun yarımmüdafiəçisi Badu Ndiayeni sıralarına cəlb edib.

Bu barədə Trabzon təmsilçisinin rəsmi saytı məlumat yayıb. "Trabzonspor” Ndiayeni satınalma maddəsi ilə mövsümün sonunadək icarəyə götürüb.

"Trabzonspor” bu keçidə görə "Stok Siti”yə 150 min funt-sterlinq, futbolçunun menecerinə isə 100 min avro ödəyib. Ndiayenin özü isə yeni komandasında yarım mövsüm üçün 1 milyon avro qazanacaq.

Seneqallı futbolçu "Stok Siti”yə 2018-ci ildə "Qalatasaray”dan transfer olunub. 2015-2017-ci illər aralığında "Osmanlıspor”un da şərəfini qorumuş yarımmüdafiəçi ötən mövsüm "Qalatasaray” tərəfindən icarəyə götürülmüşdü. 29 yaşlı futbolçu Seneqal yığmasında 30-a yaxın oyun keçirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR