Logo

“Fiorentina” baş məşqçisini istefaya göndərir

“Fiorentina” baş məşqçisini istefaya göndərir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İtaliyanın "Fiorentina” klubunun baş məşqçisi Vinçentso Montella istefaya göndərilə bilər.

Sfera.az xəbər verir ki, bunu klubun idman direktoru Daniele Prade açıqlayıb.

O bildirib ki, baş məşqçinin taleyini klub rəhbərliyinin keçirəcəyi iclasda aydınlıq gələcək: "Azarkeşlərdən üzr istəyirik. Çox ağır vəziyyətdir. Sabah keçiriləcək iclası gözləyirik. Görək, klub prezidenti nə qərar verir. O, indiyədək heç kimi işdən azad etməyib. Amma indi vəziyyət ağırdır. Montellaya da layiqli əvəzləyici tapmaq asan olmayacaq. Amma azarkeşlərin də səbrinin həddi var”.

Qeyd edək ki, 7 oyundur qalib gəlməyən "Fiorentina” dünən evdə "Roma”ya 1:4 hesabı ilə uduzub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR