Logo

"Zirə"nin futbolçusunu qarət edən azyaşlı qızlar tutulub

"Zirə"nin futbolçusunu qarət edən azyaşlı qızlar tutulub
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dekabrın 17-də Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə müraciət edən Botsvana Respublikasının vətəndaşı Mfo Kqasvane pulunun oğurlanmasını bildirib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, həmin gün saat 17 radələrində N.Rəfibəyli küçəsində 2 azyaşlı ona yaxınlaşıb, sonradan isə o cibindəki 15 manat və 500 ABŞ dollarının oğurlanmasını aşkar edib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakinləri olan 2 azyaşlı qız Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Mfo Kqasvane "Zirə" futbol klubunun oyunçusudur.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR