Logo

“Qarabağ” - “Düdelanj” oyununun hakimləri açıqlanıb

“Qarabağ” - “Düdelanj” oyununun hakimləri açıqlanıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

UEFA Avropa Liqasının qrup mərhələsinin VI turu çərçivəsində Bakıda "Qarabağ” və Lüksemburqun "Düdelanj” komandaları arasında keçiriləcək oyunun hakimləri açıqlanıb.

Sfera.az  xəbər verir ki, matçı Estoniyadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakim Kristo Tohver olacaq. Silver Koiv və Sten Klaasen yan xətt hakimi qismində təyinat alıblar. Juri Frişer isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, dekabrın 12-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş saat 21:55-da start götürəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR