Logo

“Çelsi”nin transfer qadağası ləğv edilib

“Çelsi”nin transfer qadağası ləğv edilib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İngiltərənin "Çelsi” klubunun transfer qadağası aradan qaldırılıb.

Sfera.az bildirir ki,  FİFA-nın London təmsilçisi ilə bağlı verdiyi qərarı İdman Arbitraj Məhkəməsi ləğv edib.

"Çelsi” 2019/2020 mövsümünün qış transfer pəncərəsində heyətinə yeni futbolçu qata biləcək.

Qeyd edək ki, FİFA transfer qaydalarını pozan "zadəganlar”a iki transfer dövründə heyətinə oyunçu qatmaq qadağası qoymuşdu. Londonlular 2019-cu ilin yayında və 2020-ci ilin yanvarında yeni oyunçu ilə güclənə bilmək hüququndan məhrum edilmişdi.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR