"Real" futbolçusuna 750 milyon avro qiymət qoydu
Kateqoriya məlum deyil
"Real" futbolçusu Federiko Valverde ilə yeni müqavilə imzalayıb.
Sfera.az qol.az-a istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2025-ci ilin yayına kimi uzadılıb.
Madrid təmsilçisi uruqvaylı oyunçuya 750 milyon avro qiymət qoyub.
Qeyd edək ki, F.Valverde bu mövsüm La Liqada 9 matçda 1 qol vurub, 2 qolun ötürməsini verib






