Logo

İbrahimoviç ölkəsində komanda alıb

İbrahimoviç ölkəsində komanda alıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İsveç milliisinin sabiq futbolçusu Zlatan İbrahimoviç "Hammarbü" klubunun səhmlərinin bir hissəsini satın alıb.

Sfera.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

38 yaşlı hücumçu "Hammarbü"nün həm Stokholmda, həm də İsveçdə çox hörmət edilən və ehtiraslı azarkeşləri olan fantastik klub olduğunu söyləyib: "Həmişə bu klubu və fanatlarını bəyənmişəm. Komandanın son illər meydanda və kənarda gördüyü işlərə heyranam".

Qeyd edək ki, son olaraq ABŞ-ın "Los-Anceles Qelaksi” komandasında çıxış etmiş Zlatan İbrahimoviç hazırda klubsuzdur. İsveç çempionatı noyabrın əvvəlində başa çatıb. "Hammarbü" yarışı 65 xalla 3-cü pillədə bitirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR