Logo

Azərbaycan kubokunun başlama vaxtı dəqiqləşib

Azərbaycan kubokunun başlama vaxtı dəqiqləşib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Futbol üzrə Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyun cədvəli müəyyənləşib.

Bir oyundan ibarət olan mərhələnin görüşləri iki günü əhatə edəcək.

Turnirə dekabrın 3-də start veriləcək. Püşkatmaya uyğun olaraq "Qaradağ Lökbatan – Zirə” görüşü hər iki komandanın razılığı Premyer Liqa təmsilçisinin meydanında baş tutacaq. Bu matç "Zirə - Qaradağ Lökbatan” qarşılaşması kimi oynanılacaq.

Qeyd edək ki, "Sabah” – "Ağsu” matçından başqa bütün oyunlar "CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Azərbaycan kuboku

3 dekabr (çərşənbə axşamı)

"Keşlə” – "Kəpəz”

"ASCO Arena”, 15:00

4 dekabr (çərşənbə)

"Sabah” – "Ağsu”

"Bank Respublika Arena” (ehtiyat meydança), 15:00

"Zirə” – "Qaradağ Lökbatan”

Zirə İdman Kompleksinin stadionu, 14:00

"Sumqayıt” – "Zaqatala”

"Kapital Bank Arena”, 17:00

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR