Logo

Türkiyə klubunun futbolçusu itkin düşüb

Türkiyə klubunun futbolçusu itkin düşüb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyənin "Ankaragücü” klubunun futbolçusu Zaur Sadayev itib.

Sfera.az bildirir ki, bunu paytaxt təmsilçisinin məşqçisi Muatafa Kaplan açıqlayıb.

O bildirib ki, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə istirahətə buraxılan 30 yaşlı hücumçu geri dönməyib: "Biz onunla əlaqə saxlaya bilmirik. 7-8 gün keçsə də, hələ də gəlməyib. Biz onu tapa bilmədiyimizdən azarkeşlərə izah verməyi zəruri saydıq”.
Qeyd edək ki, 2019-cu ilin fevralında Ankara klubuna keçən Z.Sadayev əvvəllər vətənində "Axmat”, Polşada "Lex” və "Lexiya”da, İsraildə "Beytar”da oynayıb.(apasport)
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR