Logo

UEFA AVRO-2020-nin püşkatma səbətlərinin tərkibini açıqladı

UEFA AVRO-2020-nin püşkatma səbətlərinin tərkibini açıqladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

UEFA Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək 2020-ci il Avropa çempionatının püşkatma mərhələsi üçün səbətlərin tərkibini açıqlayıb.

Sfera.az bildirir ki, 24 komanda 4 səbətə bölünüb. Onlardan 20-si hələlik məlumdursa, 4-ü Millətlər Liqasının "pley-off" mərhələsinin qalibləri olacaq.

1-ci səbət: Belçika, İtaliya (təşkilatçı), İngiltərə (təşkilatçı), Almaniya (təşkilatçı), İspaniya (təşkilatçı), Ukrayna

2-ci səbət: Fransa, Polşa, İsveçrə, Xorvatiya, Niderland (təşkilatçı), Rusiya (təşkilatçı)

3-cü səbət: Portuqaliya, Türkiyə, Danimarka (təşkilatçı), Avstriya, İsveç, Çexiya

4-cü səbət: Uels, Finlandiya, A Yolunda "pley-off"un qalibi, B Yolunda "pley-off"un qalibi, C Yolunda "pley-off"un qalibi, D Yolunda "pley-off"un qalibi

Bölgü Avropa yığmalarının ümumi reytinqi əsasında aparılıb.

Qeyd edək ki, püşkatma mərasimi noyabrın 30-da olacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR