Mourinyonun yeni iş yeri bəlli oldu
Kateqoriya məlum deyil
İngiltərənin "Tottenhem” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sfera.az klubun rəsmi saytına istinadən xəbər verir ki, London təmsilçisini bundan sonra Joze Mourinyo çalışdıracaq. 56 yaşlı mütəxəssislə 2023-cü ilin sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, portuqaliyalı çalışdırıcı bu vəzifədə ötən gün istefaya gödnərilən Maurisio Poçettinonu əvəzləyib. Mourinyo ötən ilin dekabrında daha bir İngiltərə nəhəngi - "Mançester Yunayted"dən ayrılıb.






