Logo

Ben Arfa İtaliya klubuna keçə bilər

Ben Arfa İtaliya klubuna keçə bilər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ötən mövsüm "Renn"dən ayrılandan sonra klubsuz qalan Hatem Ben Arfa karyerasını İtaliyada davam etdirə bilər.

Sfera.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi "Cenoa"ya keçə bilər. Genuyalıların fildişi sahili forvardı Kristian Kuame zədələndiyi üçün təcili alternativ axtarışına start verilib. Tyaqo Mottanın baş məşqçisi olduğu klub Ben Arfaya təklif ünvanlayacaq.

Fransa millisinin sabiq üzvü ötən mövsüm "Renn"də 41 oyuna 9 qol vurub, 6 assist edib.

Yaydan klubsuz qalan təcrübəli futbolçu bunun səbəbini belə izah etmişdi: "Təkliflərdən heç biri diqqətimi çəkmədi. Bir qadının həyəcanlanmadığı kimi. Əgər sizi həyəcanlandırmırsa, əhəmiyyət verməyin".

Ben Arfa "Lion", "Marsel", "Nyukasl", "Hall Siti", "Nitsa", PSJ kimi klublarda çıxış edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR