Logo

Azərbaycan - Ukrayna matçının hakimləri açıqlanıb

Azərbaycan - Ukrayna matçının hakimləri açıqlanıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Ukrayna milli komandaları arasındakı yoldaşlıq oyununu idarə edəcək hakimlər müəyyənləşib.
Sfera.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşma yerli hakimlər briqadasına tapşırılıb. Baş hakim Orxan Məmmədova Namik Hüseynov və Rahil Ramazanov kömək edəcək. Dördüncü hakim funksiyasını Rəvan Həmzəzadə yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 19-da "Dalğa Arena”da keçiriləcək görüş saat 18:00-da başlanacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR