Teymur Rəcəbov Dubova qarşı

Teymur Rəcəbov Dubova qarşı

"Grand Prix 2019” seriyasının üçüncü mərhələsinin 18 final mərhələsinin oyunları başa çatıb.  

Sfera.az xəbər verir ki, Almaniyanın Hamburq şəhərində keçirilən mərhələdə artıq bəzi cütlüklərin qalibi məlum olub. Həmyerlimiz Teymur Rəcəbov növbəti mərhələ taleyini tay-brekə saxlayıb. İki oyunun nəticəsində rusiyalı Danil Dubovla heç-heçə edən Teymur bu gün tay-brek oynayacaq. 

Xatırladaq ki, ümumilikdə 4 mərhələdən ibarət seriyada, hər şahmatçı bunlardan yalnız 3-də iştirak edə bilər. İlk iki mərhələdə iştirak etmiş və hətta Latviyada keçirilmiş sonuncu mərhələnin qalibi olan Şəhriyar Məmmədyarov məhz bu səbəbdən Hamburqda çıxış etmir.  

Qeyd edək ki, bu turnir, həmçinin Teymurun Dünya Kubokundakı qələbəsindən sonra bu qarşılaşma ilk sınağı olacaq. Oyun Bakı vaxtı ilə saat 18:00-da olacaq. 

Keçirilmiş iki mərhələdən sonra, seriyanın ümumi hesabına aktivlərində 10 balları olan həmyerlimiz Şəhriyar Məmmədyarov və rusiyalı Aleksandr Qrişyuk başçılıq edirlər. "Grand Prix 2019" seriyasının sonunda ilk iki pilləni tutmuş şahmatçılar 2020-ci ildə keçiriləcək İddiaçılar turnirinə vəsiqə qazanacaq. Teymur Rəcəbovun Dünya Kubokunun qalibi kimi İddiaçılar turnirinə vəsiqəni təmin etdiyindən "Grand Prix 2019"-kı çıxışı formal xarakter daşıyır.(yeni sabah)

 


OXŞAR XƏBƏRLƏR

Türkiyədə virus yayılır - Qadağa qüvvəyə mindi

Türkiyə xəstə heyvanların ətindən yoluxa bilən dabaq xəstəliyinin yayılması səbəbilə ölkədə bütün mal-qara bazarlarını müvəqqəti bağlamaq qərarına gəlib.  ...

Ermənistanda Rusiya telekanallarına qadağa qoyula bilər

Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya telekanallarının ölkə ərazisində yayımının dayandırılmasının mümkünlüyü ilə bağlı müzakirələrin başlanmasını...

Rusiya Azərbaycana nota verib

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevə "Bakının qeyri-dost hərəkətlərinə görə etiraz edilib".   Sfera.az xəbər verir k...

ADNSU məzunları üçün təntənəli “Məzun Günü” keçirilib

İyunun 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) məzunları üçün Avropa Oyunları Parkındakı təntənəli “Məzun Günü” tədbiri təşki...

Bakıda rusiyalı cinayətkarların saxlanılmasının ANBAAN VİDEOSU

Xəbər verdiyimiz kimi, Bakıda İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən iki mütəşəkkil ci...

Kreml Suriyanı Rusiya-Ərəb Zirvəsinə dəvət edəcək

Kreml Suriyanın hazırkı rəhbərliyini oktyabr ayında keçiriləcək Rusiya-Ərəb Zirvəsinə dəvət etməyi planlaşdırır.    Sfera.az xəbər verir ki, &nb...