Ançelotti mətbuat konfransına gəlmədi

Ançelotti mətbuat konfransına gəlmədi

"Napoli"nin baş məşqçisi Karlo Ançelotti UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin IV turunda evdə Avstriya təmsilçisi "Zalzburq"la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransına qatılmayıb.

Sfera.az goal.az-a istinadən xəbər verir ki, 60 yaşlı mütəxəssis heç bir səbəb göstərmədən matçı canlı yayımlayan telekanal üçün məcburi sayılan müsahibəyə də gəlməyib. Ançelotti və futbolçular görüşdən dərhal sonra stadionu tərk ediblər.

Onların davranışlarına səbəb kimi yaxınlarda məşq prosesinə müdaxilə edən klub prezidenti Aurelio De Laurentis ilə münasibətlərdəki gərginlik göstərilir.

Neapol təmsilçisinin rəhbəri nəticələrdən narazı olduğu üçün futbolçularını bu həftənin sonuna qədər bazaya qapadıb.


OXŞAR XƏBƏRLƏR

Türkiyədə virus yayılır - Qadağa qüvvəyə mindi

Türkiyə xəstə heyvanların ətindən yoluxa bilən dabaq xəstəliyinin yayılması səbəbilə ölkədə bütün mal-qara bazarlarını müvəqqəti bağlamaq qərarına gəlib.  ...

Ermənistanda Rusiya telekanallarına qadağa qoyula bilər

Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya telekanallarının ölkə ərazisində yayımının dayandırılmasının mümkünlüyü ilə bağlı müzakirələrin başlanmasını...

Rusiya Azərbaycana nota verib

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevə "Bakının qeyri-dost hərəkətlərinə görə etiraz edilib".   Sfera.az xəbər verir k...

ADNSU məzunları üçün təntənəli “Məzun Günü” keçirilib

İyunun 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) məzunları üçün Avropa Oyunları Parkındakı təntənəli “Məzun Günü” tədbiri təşki...

Bakıda rusiyalı cinayətkarların saxlanılmasının ANBAAN VİDEOSU

Xəbər verdiyimiz kimi, Bakıda İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən iki mütəşəkkil ci...

Kreml Suriyanı Rusiya-Ərəb Zirvəsinə dəvət edəcək

Kreml Suriyanın hazırkı rəhbərliyini oktyabr ayında keçiriləcək Rusiya-Ərəb Zirvəsinə dəvət etməyi planlaşdırır.    Sfera.az xəbər verir ki, &nb...