AFFA "Qarabağ"ı cərimələyib

AFFA
 

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Sfera.az bildirir ki, yığıncaqda Azərbaycan Premyer Liqasının X turunun oyunlarında baş verənlər müzakirə edilib.

"Neftçi” – "Qarabağ” matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalanan Ağdam təmsilçisi 800 manat cərimələnib.

 

"Qəbələ” – "Sabah” qarşılaşmasında da paytaxt təmsilçisinin 4 oyunçusu cəzalandığından 800 manat cərimə ödəyəcək.

"Zirə” – "Sumqayıt” matçında 5 futbolçusu xəbərdarlıq alan meydan sahibləri də 800 manat cərimələnib. Zirəlilər oyunun AFFA nümayəndəsini və inspektorunu tələb olunan yerlə təmin etmədiyi üçün daha 800 manat da ziyana düşüblər. Oyunun ikinci hissəsi paytaxt klubunun gecikməsinə görə 2 dəqiqə ləngiyib. Bu səbəbdən bakılılar daha 2400 manat cərimələnib.

"Səbail” – "Keşlə” oyunu meydan sahiblərinin gecikməsi səbəbindən 3 dəqiqə gec başlayıb. Bu üzdən klub 2400 manat ziyana düşüb. Oyun başa çatdıqdan sonra "Səbail”in futbolçusu Fəhmin Muradbəyli hakimlər otağına daxil olduğuna görə klub 1600 manat cərimə olunub.


OXŞAR XƏBƏRLƏR

Türkiyədə virus yayılır - Qadağa qüvvəyə mindi

Türkiyə xəstə heyvanların ətindən yoluxa bilən dabaq xəstəliyinin yayılması səbəbilə ölkədə bütün mal-qara bazarlarını müvəqqəti bağlamaq qərarına gəlib.  ...

Ermənistanda Rusiya telekanallarına qadağa qoyula bilər

Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya telekanallarının ölkə ərazisində yayımının dayandırılmasının mümkünlüyü ilə bağlı müzakirələrin başlanmasını...

Rusiya Azərbaycana nota verib

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevə "Bakının qeyri-dost hərəkətlərinə görə etiraz edilib".   Sfera.az xəbər verir k...

ADNSU məzunları üçün təntənəli “Məzun Günü” keçirilib

İyunun 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) məzunları üçün Avropa Oyunları Parkındakı təntənəli “Məzun Günü” tədbiri təşki...

Bakıda rusiyalı cinayətkarların saxlanılmasının ANBAAN VİDEOSU

Xəbər verdiyimiz kimi, Bakıda İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən iki mütəşəkkil ci...

Kreml Suriyanı Rusiya-Ərəb Zirvəsinə dəvət edəcək

Kreml Suriyanın hazırkı rəhbərliyini oktyabr ayında keçiriləcək Rusiya-Ərəb Zirvəsinə dəvət etməyi planlaşdırır.    Sfera.az xəbər verir ki, &nb...