Logo

Seneqallı futbolçu beş il sonra Azərbaycana qayıtdı

Seneqallı futbolçu beş il sonra Azərbaycana qayıtdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Premyer Liqasının X turunun hazırlıqlarını davam etdirən "Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib.

Sfera.az xəbər verir ki, "qırmızı-qaralar” seneqallı futbolçu İbrahima Nyassı heyətinə qatıb.

31 yaşlı mərkəz yarımmüdafiəçisi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

O, 2013/2014 mövsümündə "Qəbələ”nin heyətində Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı, ölkə kubokunun finalçısı olub. Seneqallı legioner bunadək İsveçrədə "Ksamaks” (2008-2011), Azərbaycanda "İnter”in (2012-2014) şərəfini qoruyub.

"Qəbələ”dən ayrıldıqdan sonra Nyass Rusiyada "Mordoviya”da (2014/15), Rumıniyada "Konkordia” (2014-2016), Hindistanda "Odişa” (2016), Yunanıstanda "Levadiakos” (2017/18), Mərakeşdə "Raca” (2018) klublarının formasını geyinib.

Xatırladaq ki, İbrahima Nyass "Qəbələ”də 35 oyun keçirib, bir qol vurub. O, çempionatda 29 (bir qol), kubokda altı matçda iştirak edib. (oxu.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR