DÇ 2021 bu ölkədə keçiriləcək - FİFA qərar verdi
11:55 / 24.10.2019
2170
2021-ci ildə keçiriləcək klublararası dünya çempionatının ev sahibi dəqiqləşib.
Sfera.az xəbər verir ki, bu barədə qərar FİFA-nın Şurasında qəbul olunub.
İlk dəfə 24 komandanın iştirak edəcəyi yarış Çində keçiriləcək. Turnir iyun-iyul aylarında baş tutacaq.
Dörd ildən bir təşkil olunacaq çempionatda konfederasiyaların təmsilçi sayı isə hələ dəqiqləşməyib. Bununla bağlı müzakirələr aparılacaq.
Qeyd edək ki, 2019 və 2020-ci illərdə Qətərin ev sahibliyi edəcəyi turnirlər köhnə formatla baş tutacaq.