Azərbaycan millisi Moldovaya qarşı
15:10 / 23.10.2019
2454
2020-ci ildə təşkil olunacaq futzal üzrə dünya çempionatının əsas mərhələsi çərçivəsində Azərbaycan milli komandası bu gün ilk oyununu keçirəcək.
Sfera.az xəbər verir ki, Joze Alesio Da Silvanın rəhbərlik etdiyi kollektiv Moldova ilə qarşılaşacaq. Bakı İdman Sarayında keçiriləcək görüş saat 20:00-da start götürəcək və "İdman TV” telekanalı ilə canlı yayımlanacaq.
Futzal, DÇ-2020, əsas mərhələ
23 oktyabr
20:00 Azərbaycan – Moldova
Baş hakim: Andrey Çerni (Çexiya)