Logo

Nazarovdan Almaniyada yeni rekord

Nazarovdan Almaniyada yeni rekord
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan millisinin üzvü Dmitri Nazarov klubu "Ersgebirge"nin tarixinə düşüb.

Sfera.az xəbər verir ki, 29 yaşlı futbolçu buna II Bundesliqanin X turunda "Nürnberq"lə matçda (4:3) nail olub.

Qarşılaşmada komandasının ilk qoluna 62-ci dəqiqədə penaltidən imza atan Nazarov yeni rekord müəyyənləşdirib. Aue təmsilçisində 12-ci dəfə penalti zərbəsi yerinə yetirən oyunçu bunların 11-də dəqiq olub. Bununla millimizin üzvü sabiq Yorq Emmerixə (2003-2008) məxsus 10 penalti qolu rekordunu yeniləyib.

Dmitri Nazarov 2016-cı ildən "Ersgebirge"də çıxış edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR