İtaliya klubunun baş məşqçisi istefaya göndərilib
20:45 / 22.10.2019
4973
İtaliyanın "Cenoa” klubunda baş məşqçi istefası gerçəkləşib.
Sfera.az xəbər verir ki, Genuya təmsilçisi baş məşqçi Aurelio Andreatsolini vəzifəsindən kənarlaşdırıb.
Buna komandanın uğursuz nəticələri səbəb olub. "Cenoa” A seriyasının 8 turundan sonra 5 xalla 19-cu pillədə qərarlaşıb.
Klub yeni baş məşqçinin yaxın müddətdə müəyyənləşəcəyini açıqlayıb. Hələ istefadan əvvəl bu vəzifəyə Massimo Karrera və Tyaqo Mottanın adı namizəd göstərilirdi.