Logo

Nazarovun komandası "Spartak"la əməkdaşlıq edəcək

Nazarovun komandası "Spartak"la əməkdaşlıq edəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi Almaniyanın "Ertsgebirge" klubu Rusiya "Spartak"ı ilə əməkdaşlıq müqaviləsi imzalamaq niyyətindədir.

Sfera.az xəbər verir ki, bu barədə "Bild"ə II Bundesliqada çıxış edən klubun prezidenti Helge Leonhardt açıqlama verib. O, sözləşməni yaxın vaxtlarda bağlamaq istədiklərini bildirib. Leonhardt klublar arasında yoldaşlıq görüşünün və futbolçu mübadilələrinin planlaşdırıldığını diqqətə çatdırıb.

Qeyd edək ki, "Ertsgebirge"nin qapıçılar üzrə məşqçisi Maks Urvantşki "Spartak"da eyni vəzifəyə keçib. Moskva komandasının baş məşqçi postuna isə əvvəllər Almaniya təmsilçisinə rəhbərlik etmiş Domeniko Tedesko təyin olunub. Hazırda "Ertsgebirge" 9 turdan sonra 4-cü pillədə qərarlaşıb. "Spartak"da əslən azərbaycanlı futbolçu Ayaz Quliyev də çıxış edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR