Azərbaycan velosipedçisi Türkiyədə ikinci yeri tutub

Azərbaycan velosipedçisi Türkiyədə ikinci yeri tutub
 

Türkiyənn Ədirnə  şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 1.2 kateqoriyalı "Fatih Sultan Mehmet Kırklareli” turu başa çatıb.

 

 

Sfera.az bildirir ki, 130 km-lik marşrutu ilk 3 pillədə başa vuranlar arasında Azərbaycan yığma komandasının üzvü Samir Cəbrayılov da var. Məsafəni 3 saat, 9 dəqiqə, 36 saniyəyə bitirən Cəbrayılov fotofinişə əsasən 2-ci nəticə göstərib.  Yığmanın digər üzvü Elçin Əsədov da lider qrupun içində yer alıb və 5-ci yeri tutub.

Beləliklə, Cəbrayılov 2-ci, Əsədov isə 5-ci yeri Azərbaycan yığma komandasının aktivinə Tokio-2020 Yay Olimpiya Oyunları üçün daha 45 xal (30+15) qazandırıb. Bu yarışdan bir gün öncə təşkil edilən "Fatih Sultan Mehmet Edirne” turunda Cəbrayılov 2-ci,  Əsədov isə 6-cı olmaqla reytinqimizi daha 40 xalla (30+10) zənginləşdirmişdi.

İki gün ərzində 85 lisenziya xalı qazanan yığma komanda Beynəlxalq Velosipedçilər İttifaqının Olimpiya reytinqində xallarını 836-ya çatdırıb və 5 pillə irəliləməklə Olimpiya reytinqində 114 ölkə arasında 44-cü yerə qalxıb.

Türkiyə yarışlarını uğurla başa vuran milli komandanın növbəti sınağı Malayziyada olacaq. Baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında Elçin Əsədov, Samir Cəbrayılov, Musa Mikayılzadə, Mikayıl Səfərli və Mahmud Məmmədovdan ibarət yığma oktyabrın 15-19-da 5 mərhələdən ibarət 2.1 kateqoriyalı "Peninsula” turunda iştirak edəcək.

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, olimpiadaya lisenziya xalları verən yarışlar 2019-cu ilin oktyabr ayının 22-dək davam edəcək və reytinqin ilk 50 pilləsində yer alacaq ölkələr Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak hüququ qazanacaqlar.


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...