\"Fransa səviyyəsində oynaya bilmərik\" - Millimizin baş məşqçisi

\

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində "Stade de l'Epopee"də keçirilən Fransa - Azərbaycan oyunundan sonra yığmanın baş məşqçisi Milan Obradoviç federasiyanın saytına fikirlərini bildirib.

Sfera.az milli.az-a istinadla xəbər verir ki, serbiyalı mütəxəssis 0:5 hesablı məğlubiyyəti şərh edib:

"Rəqib haqda əlavə nəsə deməyə ehtiyac yoxdur. Hamı necə komandaya qarşı oynadığımızı yaxşı başa düşürdü. Təəssüf ki, ilk üç qolu hədiyyə etdik. Əlbəttə, Fransa yığması qələbəyə layiq idi, buna şübhə ola bilməz. Amma biz də ən azı bir qol vurmağa layiq idik. Alınmadı. Futbolçulara da dedim, daha yaxşı oynaya bilərdik. Təbii ki, Fransa səviyyəsində oynaya bilmərik. Rəqib hər şeydə bizdən çox irəlidədir.

Artıq bu oyun geridə qaldı. Yaxşı istirahət etməli, enerji toplamalıyıq. Çünki qarşıda bizi İsveçrə ilə oyun gözləyir. Özümüz üçün analizlər edəcəyik, İsveçrənin heyətini öyrənməyə çalışacağıq".


OXŞAR XƏBƏRLƏR