Cem Yılmaz Bakıda çıxış edəcək (18+)

Cem Yılmaz Bakıda çıxış edəcək (18+)

Türkiyənin məşhur komediya ustası, aktyor və şoumen Cem Yılmaz Bakıda "Diamond Elite Platinum Plus” stand up şousu ilə çıxış edəcək.Möhtəşəm konsert proqramı 16-17 noyabr tarixlərində Bakı Konqres mərkəzində baş tutacaq.
Yumoristik çıxışları ilə məşhurlaşan Cem Yılmaz həmçinin bir çox filmlərdə də çəkilmiş və Türkiyə şou-biznes aləminin ən tanınan simaları siyahısında yer tutmuşdur.

Tanınmış şoumenin izləyiciləri onun Bakıya səfərini səbirsizliklə gözləyirdilər. Cem Yılmaz bizim paytaxta bir neçə dəfə dəvət olunsa da, razılıq baş tutmamışdır. Və nəhayət bu gözəl hədiyyəni sənətkarın Bakıdakı auditoriyasına TOPAZ bəxş etdi! Cem Yılmazın möhtəşəm konsert proqramı da məhz TOPAZ brendinin dəstəyi və təşkilatçılığı ilə keçiriləcək.
"Caspiantech” (daha öncə "Azərinteltek" QSC olmuşdur) QSC-nin ticarət nişanı olan TOPAZ 2011-ci ildə Azərbaycanda ilk və yeganə qanuni idman mərc oyunu operatoru kimi fəaliyyətə başlayıb.Yarandığı dövrdən indiyədək idmanın inkişafına fəal dəstək verən TOPAZ markası2012-2019-cu il tarixlərində Azərbaycan Premyer Liqasının sponsoru olmuşdur. Bundan başqa, bir çox layihələr üzərində çalışaraq Azərbaycanda idmanın müxtəlif növlərinin inkişafına layiqli töhfələr vermişdir.
E-TOPAZ 18 yaşına çatmış hər şəxsə Cem Yılmazın şousunabilet qazanmaq şansı yaradır. Bunun üçün www.etopaz.az saytına daxil olub kampaniyanın bütün şərtləri ilə tanış olmaq lazımdır.
Biletləri iTicket.az saytında və kassalarında əldə etmək olar.

 



OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...