Platini VAR sisteminə qarşı çıxıb

Platini VAR sisteminə qarşı çıxıb
 

UEFA-nın sabiq prezidenti Mişel Platini futbolda videotəkrar (VAR) sisteminin tətbiqini dəstəkləmədiyini açıqlayıb.

Sfera.az xəbər verir ki, 64 yaşlı funksioner "Associated Press”ə açıqlamasında VAR-ın hakimlərin avtoritetini və tribunalardakı atmosferi öldürdüyünü bildirib. O, yeni sistemi sirkə bənzədib: "Azarkeşlər qolun sayılıb-sayılmayacağına əmin deyillər. Bu, sirkdir. Lakin təəssüf ki, biz əvvəlki vəziyyətə qayıtmayacağıq”.

Platini futbola dönəcəyini istisna etməyib: "Bir ideyam var. Amma indi bu barədə danışmaq istəmirəm. FIFA və UEFA-ya seçkilər? Buna hələ bir neçə il var”.

Qeyd edək ki, Mişel Platini UEFA-ya 2007 - 2015-ci illərdə rəhbərlik edib. 2015-ci il oktyabrın 8-də FIFA Etika Komitəsinin Arbitraj Palatası onu 90 gün müddətinə vəzifəsindən kənarlaşdırıb. Dekabrın 21-də isə Platini 8 il müddətinə diskvalifikasiyaya məruz qalıb. Lakin 2016-cı ilin mayında cəza 4 ilə endirilib və bu gün çatıb.


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...