Logo

"Qarabağ"ın oyununda təxribat törədənlər müəyyənləşdi - FOTO

"Qarabağ"ın oyununda təxribat törədənlər müəyyənləşdi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Düdelanj" - "Qarabağ" matçında Azərbaycan çempionunun ikinci qolundan sonra stadionda baş verən təxribatçı hərəkətlər və qondarma ölkənin bayrağının stadiona gətirilməsi barədə məlumat vermişdik.

Sfera.az milli.az-a istinadla xəbər verir ki, hadisənin törədənlərin kimliyi müəyyənləşib. Təxribatı "First Armenian Front Ultras" adlı qrup həyata keçirib. Onlar sosial şəbəkə hesablarında şəkil paylaşıblar.

Lüksemburqun idman naziri Dan Kerş stadionda çıxış edərək ölkələrinin adından bütün Azərbaycan xalqından üzr istəyib və bu hadisənin onlardan asılı olmayan səbəbə görə baş verdiyini bildirib. Bundan əlavə "Düdelanj" klubu da rəsmi "twitter" hesabı vasitəsilə bütün azərbaycanlılardan üzr istəyib.

Qeyd edək ki, "Düdelanj" Avropa Liqasının pley-off mərhələsində Ermənistanın "Ararat" klubunu mübarizədən kənarlaşdırıb.

Xatırladaq ki, "Düdelanj" - "Qarabağ" matçı təmsilçimizin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR