\"Neftçi\" İsrail klubuna qarşı
Bu gün Avropa Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunlarına başa çatır.
Unikal.org xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib. Monteneqronun "Sutyeska” klubu Şimali İrlandiya "Linfild”ini qəbul edib. Üç qolun qeydə alındığı matçda sevinən tərəf qonaqlar olub. "Qarabağ” Çempionlar Liqasında APOEL səddini keçə bilməsə, Avropa Liqasının pley-off mərhələsində bu cütlüyün qalibi ilə üz-üzə gələcək.
Dünən isə daha bir oyun keçirilib. İrlandiyanın "Dandalk” klubu səfərdə Slovakiya "Slovan”ının qonağı olub. Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ” tərəfindən mübarizədən kənarlaşdırılan İrlandiya çempionu "Slovan”la ilk oyundan da məğlub ayrılıb.
Azərbaycanın turnirdə yeganə təmsilçisi olan "Neftçi” ilk oyununu bu gün keçirəcək. "Ağ-qaralar” Bakıda İsrailin "Bney Yehuda” klubunu qəbul edəcək. "Neftçi” bu mərhələni keçsə, pley-offda "Malmö” – "Jirinski” cütünün qalibi ilə qarşılaşacaq.
Türkiyənin turnirdəki təmsilçilərindən olan "Trabzonspor” da turnirdə ilk oyununu keçirəcək. Qaradəniz təmsilçisi Çexiyanın "Sparta” klubunun qonağı olacaq. Digər Türkiyə klubu "Yeni Malatyaspor” isə "Partizan” səfərinə yollanacaq.
8 avqust
18:00 Astana (Qazaxıstan) – Valletta (Malta)
19:30 AEK (Kipr) – Gent (Belçika)
20:00 Pünik (Ermənistan) – Vulverhempton (İngiltərə)
20:00 Sparta (Çexiya) – Trabzonspor (Türkiyə)
20:15 Universitatya Krayova (Rumıniya) – AEK (Yunanıstan)
20:30 Brondbü (Danimarka) – Braqa (Portuqaliya)
20:45 Ventspils (Latviya) – Vitoriya (Portuqaliya)
21:00 Hauqsen (Norveç) – PSV (Hollandiya)
21:00 Mariupol (Ukrayna) – Alkmaar (Hollandiya)
21:00 Malmö (İsveç) – Jirinski (Bosniya və Herseqovina)
21:00 Molde (Norveç) – Aris (Yunanıstan)
21:00 Neftçi (Azərbaycan) – Bney Yehuda (İsrail)
21:00 Şerif (Moldova) – AİK (İsveç)
21:00 Tyun (İsveçrə) – Spartak (Moskva, Rusiya)
21:30 Antverpen (Belçika) – Viktoriya (Çexiya)
21:30 ÇSKA (Bolqarıstan) – Zarya (Ukrayna)
21:30 Feyenoord (Hollandiya) – Dinamo (Gürcüstan)
21:30 Lokomotiv (Plovdiv, Bolqarıstan) – Strasburq (Fransa)
21:30 Ludoqorets (Bolqarıstan) – TNS (Uels)
21:30 Makkabi (İsrail) – Suduva (Litva)
21:45 Sarayevo (Bosniya və Herseqovina) – BATE (Belarus)
22:00 Midtyulland (Danimarka) – Reyncers (Şotlandiya)
22:00 Norçepinq (İsveç) – Hapoel Beer-Şeva (İsrail)
22:00 Düdelanj (Lüksemburq) – Nımme Kalyu (Estoniya)
22:00 Riyeka (Xorvatiya) – Aberdin (Şotlandiya)
22:30 Austriya (Avstriya) – Apollon (Kipr)
22:30 Styaua (Rumıniya) – Mlada Boleslav (Çexiya)
22:30 Vaduts (Lixtenşteyn) – Ayntraxt (Almaniya)
23:00 Legiya (Polşa) – Atromitos (Yunanıstan)
23:00 Lütsern (İsveçrə) – Espanyol (İspaniya)
23:00 Partizan (Serbiya) – Yeni Malatyaspor (Türkiyə)
23:00 Torino (İtaliya) – Şaxtyor (Belarus)